Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mişustin müavinlərini topladı: Bakı ilə bağlı tapşırıq

Mişustin müavinlərini topladı: Bakı ilə bağlı tapşırıq

Tarix: 12 Mart 2024 08:00

Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.

Sonxeber.net globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir müavinləri ilə keçirdiyi iclasda 5-6 mart tarixlərində Azərbaycana səfərinin nəticələrini də müzakirə edib.

M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib.

"Həmkarlar, nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin", - baş nazir iclasda qeyd edib.


Etiketlər:  Mişustin müavinlərini topladı Bakı ilə bağlı tapşırıq


RƏYLƏR