Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 09:06
Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərini yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın yenidən qurulması üçün ödəməkdən imtina edəcəyi təqdirdə müsadirə etməyi planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Velt" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, AB Rusiya aktivlərinin müsadirəsinə mənfi münasibət bəsləyir. Qeyd olunur ki, Rusiya müharibə başa çatdıqdan sonra Ukraynaya təzminat ödəyənə qədər vəsaitlər üzərindən blok götürülməyəcək.
"AB aktivləri yalnız Rusiya Ukraynanın yenidən qurulmasını maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə müsadirə etmək istəyir", - məlumatda vurğulanıb.