Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Prius” sürücüsünü döyən şəxs hakim qarşısında

“Prius” sürücüsünü döyən şəxs hakim qarşısında

Tarix: 12 Mart 2024 12:42

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qafar Əmirovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. 

İttihama görə, hadisə 28 oktyabr 2022-ci il tarixdə saat 22:00-da Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qafar Əmirovun həyat yoldaşının sifarişi ilə "Toyota Prius" markalı avtomobilin sürücüsü, zərərçəkmiş Kərim Məmmədov (şərti) ünvana gəlib. Bu zaman zərərçəkmiş müxtəlif bəhanələr gətirərək sifarişi yerinə yetirməyəcəyini bildirib. Bu səbəbdən Qafar Kərimi döyərək ona xəsarət yetirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Qafar Əmirov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Milli.Az


Etiketlər:  Prius sürücüsünü döyən şəxs hakim qarşısında


RƏYLƏR