Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 19:45
Bu gün bir sıra saytlarda şou və sosial verilişlərin tanınmış aparıcıları, xüsusilə ARB, ATV, XƏZƏR telekanallarının aparıcılarının prokurorluğa çağrılması ilə bağlı xəbər yayılıb.
Sonxeber.net xəbər verir ki, manset.az məsələ ilə bağlı ARB telekanalının aparıcısı Elgiz Əkbərlə əlaqə saxlayıb. O, bu barədə məlumatı təkzib edib.
"Məni niyə prokurorluğa çağırsınlar ki? Mən nə cinayət törətmişəm ki, məni prokurorluğa çağırsınlar? Əgər bu xəbəri həqiqətən belə yazıblarsa, mən onları məhkəməyə verib başlarına oyun açacam."