Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, minlərlə insan xəsarət alıb

İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, minlərlə insan xəsarət alıb

Tarix: 13 Mart 2024 08:08

İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, daha 4 360 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İranın Fövqəladə Hallar Xidməti rəhbərinin sözlərinə görə, bayram günlərində 1,4 minə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib. Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

Vətəndaşlar əsasən tonqalın üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.

Milli.Az


Etiketlər:  İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb minlərlə insan xəsarət alıb


RƏYLƏR