Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp prezident olmaq üçün respublikaçılardan tam dəstək aldı

Tramp prezident olmaq üçün respublikaçılardan  tam dəstək aldı

Tarix: 13 Mart 2024 15:00

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyası üzvlərinin tam dəstəyini qazanmaqdadır.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatlar mətbuatında dərc edilən məlumatda qeyd olunur.

Belə ki, D.Tramp Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1 219 nümayəndə dəstəyini ifadə edib.

Halbuki, qaydalara görə, Respublikaçılar Partiyasından namizəd olmaq üçün 1 215 partiya nümayəndəsinin səsi kifayət edir.

Milli.Az


Etiketlər:  Tramp prezident olmaq üçün respublikaçılardan tam dəstək aldı


RƏYLƏR