Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2024 15:39
Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Sülh məsələlərinə xüsusi diqqətə yetirilməli olduğunu, Gürcüstanın regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də davam etdirəcəklərini vurğulayan Baş nazir həmçinin bildirib: "Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var".