Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimlər belə inanmırdı - 70 yaşında ana oldu - FOTOlar

Həkimlər belə inanmırdı - 70 yaşında ana oldu - FOTOlar

Tarix: 16 Mart 2024 18:54

Hindistanda yaşayan 70 yaşlı Jivunben Rabari adlı qadın ilk övladını dünyaya gətirib.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Hindistanda yaşayan 70 yaşlı Jivunben Rabari adlı qadın 2021-ci ildə dünyaya övlad gətirməklə tarixdə məlum olan ən yaşlı ikinci ana olub.
Jivunben və onun 75 yaşlı əri Maldhari, 45 illik evliliyi boyunca uşaq sahibi olmaq üçün mübarizə aparıb. İn vitro gübrələmə müalicəsi ilə cütlük övlad sahibi olub.

Lakin qeyd edək ki, nə Civunbenin, nə də ərinin yaşını təsdiq edən şəxsiyyət vəsiqəsi olmayıb.

Həkim Naresh Bhanushali, əvvəlcə mümkün olmayacağını düşünsə də, uğurlu doğuşu həyatında gördüyü ən maraqlı hadisə kimi qiymətləndirib.

"Onlar dedilər ki, digər ailə üzvləri də gec yaşda uşaq dünyaya gətiriblər. Bu, gördüyüm ən nadir hallardan biri idi."

Qujurat əyalətinin Mora kəndində yaşayan cütlük oğullarının adını mətbuata açıqlamayıblar. 

Qeyd edək ki, dünyanın ən yaşlı anası da Hindistandandır. 74 yaşında in vitro gübrələmə müalicəsi ilə əkiz uşaq dünyaya gətirən Manqayamma hələ ki, bu rekordu saxlamağa davam edir.

Hətta, onun 82 yaşlı həyat yoldaşı Sitarama Raca Rao əkiz qızlarının dünyaya gəlməsinə çox sevindiyi üçün eyni gündə infarkt keçirmişdi.

40-50 yaşlarında olan qadınların klimaksdan sonra doğum etməsi tibbi baxımdan qeyri-mümkün hesab edilsə də, Amerika Uroloji Cəmiyyəti qadının uşaqlıq yolu sağlam olduğu müddətcə doğum edə biləcəyini bildirir.

Milli.Az


Etiketlər:  Həkimlər belə inanmırdı 70 yaşında ana oldu FOTOlar


RƏYLƏR