Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2024 07:38
Bu ilin ilk ayında 3657 nikah və 1729 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, nikahlar azalıb, boşanmalar isə artıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşlar nikahların azalmasını sosial-iqtisadi vəziyyətlə əlaqələndirirlər.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə deyir ki, nikahların azalması birbaşa olaraq orta nikah yaşının çoxalması ilə bağlıdır.
Onun sözlərinə görə, komitənin ailələri əhatə edən məsələlərlə bağlı araşdırmaları onu göstərir ki, son dövrlərdə artan boşanmalar adətən fərqli motivlər əsasında baş verir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: