Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı - YENİLƏNİB

Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı - YENİLƏNİB

Tarix: 18 Mart 2024 14:05

14:04

"Oğlum bir neçə gün əvvəl burnundan əməliyyat olunub".

Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında meyxanaçı Namiq Məna bildirib.

O qeyd edib ki, artıq oğlu xəstəxanadan evə buraxılıb:

"Burnunda kiçik bir problem var idi, əməliyyat keçirib. Paylaşımında "Növbəti açılan yara, həyat davam etmək istəyir" sözlərini oğlum bədii təsvir kimi verib. Hər şey qaydasındadır. Oğlum artıq evdədir".

---------


11:48

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Mənanın ifaçı oğlı Məna Əliyev yenidən xəstəxanaya yerləşdirilib. 

Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO 

Sənətçinin səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı Məna ilə əlaqə saxlayıb. 

Zəngimizə isə M.Əliyevin dostu cavab verib. 

"Mənaya heç bir şey olmayıb. Hər şey yaxşıdır. O bir neçə gün əvvəl burnundan əməliyyat olunub. Ciddi bir əməliyyat deyil. 2 gündür ki, artıq xəstəxanadan çıxıb və özünü yaxşı hiss edir", - deyə ifaçının dostu bildirib. 

Milli.Az


Etiketlər:  Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı YENİLƏNİB


RƏYLƏR