Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə getdi

Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə getdi

Tarix: 18 Mart 2024 13:32

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq. O, mətbuat konfransında Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd etmişdi.


Etiketlər:  Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ