Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 14:30
Müğənni Ramal İsrafilov atasını itirəndən sonra ilk dəfə efirə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi müəllimi, Əməkdar artist Nuriyyə Əhmədova ilə birlikdə "Gündən-günə" proqramına qatılıb. Ramal aparıcı, Əməkdar artist Əkbər Əliyevin "Mələkxanım Eyubovanın yanında olmusan. Biləndəki Nuriyyə xanımdan bəhrələnmişən, təəccübləndim" sözlərinə belə reaksiya verib:
"Nuriyyə xanım ifa edəndə, deyirəm, müəllim dəhşət oxuyur. Mən hər kəsdən bəhrələnirəm".
Qeyd edək ki, Ramalın atası, Xalq artisti Mələkxanım Eyubovanın qardaşı Əliyaqub İsrafilov ötən ilin dekabrında dünyasını dəyişib.