Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 20:20
Türkiyə xarici işlər naziri Hakan Fidan "Kurtlar Vadisi" serialı ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, nazir bu serialla əlaqələndirilməsinə etiraz etmədiyini söyləyib.
Hakan Fidan sosial şəbəkələrdə bununla bağlı paylaşımlardan xəbərdar olduğunu da bildirib:
"Zaman-zaman haqqımda olan paylaşımları göstərirlər. Çox sayda "Kurtlar Vadisi" var. On dörd yaşından dövlətin önəmli xidmətlərində olanda hər cür işlərlə əlaqələndirilirsən. Mən də artıq buna heç bir şey demirəm. Ediləcək bir şey yoxdur, bu, bizim taleyimizdir".