Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkan atasına mahnı oxuyub klipə çəkdi - VİDEO

Türkan atasına mahnı oxuyub klipə çəkdi - VİDEO

Tarix: 19 Mart 2024 17:40

Müğənni Türkan Vəlizadənin doğum gününü qeyd edib.

Milli.Az shownews.az-a istinadən xəbər verir ki, sənətçi doğum günündə heyranlarını yeni klipi ilə sevindirib. Günün səbəbkarı "Mənim atam" adlı mahnısını öz atası başda olmaqla bütün atalara həsr edib.

Yeni klipini paylaşan sənətçi ürək sözlərini də izləyiciləri ilə bölüşüb:

"Bu gün mənim həyatımın ən özəl günlərindən biridir. 33 yaşım tamam olur.

33 yaşa cənnət yaşı deyirlər. Yaşadığım həyatda isə mənim cənnətim atam və anamdır. Düşündüm elə cənnət yaşımda baş tacım, cənnətim atama mahnı həsr edim. Bu həm də çoxdandır atamın ən böyük arzusudur.

Əlbəttə mahnıya klip çəkdirməyə bilməzdim. Ata-bala bu klipi böyüyüb başa çatdığım doğma Gəncəmizdə lentə aldıq.

İndiyədək çoxsaylı kliplərim olub. Amma bu klip mənim həyatımın ən təmiz, qayğısız, ən saf və sevgi dolu anlarını, uşaqlıq illərini özündə əks etdirir. Etiraf edim ki, çəkiliş zamanı yaşadığımız hissləri sözlərlə ifadə etmək çox çətindir.

Uşaqlıqda xəyal edib, imkansızlıqdan yaşaya bilmədiyimiz anları çalışdıq ata-başa bir neçə dəqiqəlik klipdə olsa da yaşaya bilək...

Doğum günümdür. Heç kəsi kövrəltmək, təsirləndirmək istəmirəm. Bircə onu demək istəyirəm nə yaxşı ki, Allah mənə sağlıqlarında valideynlərimin qayğısına qalmağı, hər istəklərini gerçəkləşdirməyi nəsib edib. Buna görə Allahıma sonsuz təşəkkür edirəm.

Və atamla fəxr edirəm. O, biz övladları üçün hər əzaba, hər əziyyətə qatlanıb. Ata, səni çox sevirəm. Sən mənim varlığımsan!".

Milli.Az


Etiketlər:  Türkan atasına mahnı oxuyub klipə çəkdi VİDEO


RƏYLƏR