Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrildi - Ekipaj üzvləri axtarılır

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrildi - Ekipaj üzvləri axtarılır

Tarix: 20 Mart 2024 14:24

Yaponiyanın qərb sahillərində Cənubi Koreya bayrağı altında kimyəvi maddələr daşıyan tanker çevrilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunub ki, ekipajın 5 üzvü hadisə nəticəsində itkin düşüb.

Məlumata görə, "KEOYOUNG SUN" adlı 870 tonluq tankerdən Şimonoseki sahillərində Mutsure adasının şimal-qərbində kömək çağırışı olunub.

O da bildirilib ki, tanker güclü külək və yüksək dalğalar səbəbindən çevrilib.

Hadisə zamanı yük gəmisində 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla ümumilikdə 11 ekipaj üzvü olub. Onlardan altısı xilas edilib.

Digər 5 nəfərin isə axtarışları davam edir.

Milli.Az


Etiketlər:  Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrildi Ekipaj üzvləri axtarılır


RƏYLƏR