Tarix: 18 Noyabr 2019 13:44
Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda sabah millimizi qəbul edəcək Slovakiya yığması daha bir itki ilə üzləşib.
Qol.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Dominik Qreyf zədə səbəbində bu görüşdə iştirak edə bilməyəcək. "Slovan"ın qolkiperi çiynindəki ağrılara görə heyətdən kənarlaşıdırılıb. Onun əvəzinə milliyə "Jilina"da çıxış edən Dominik Holek dəvət edilib.
Qeyd edək ki, Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Mak da sabahkı matçı buraxacaq.
Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.