Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 13:38
Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 15, 16 və 17-də ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.
Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.
Bununla yanaşı, Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib.
Ümumilikdə seçici fəallığı 77,49 faiz təşkil edib.