Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 23:56
Rusiyaya məxsus "Kapitan Lobanov" trol gəmisi təlim zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin raketi ilə vurulub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalif "Dojd" telekanalı iddia yayıb.
Bildirilib ki, vurulduqdan sonra "Kapitan Lobanov" Kalininqrad vilayətində Pionerskoye yaxınlığında batıb.
"Dojd" ekipaj üzvünün qohumuna istinadən xəbər verib ki, martın 19-da raketin gəmiyə dəyməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, 4-ü yaralanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Kalininqrad vilayətinin administrasiyası gəminin göyərtəsində yanğının baş verdiyini və hadisə nəticəsində bir nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.