Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücülük hüququ olmayan avtoxuliqan həbs edildi - FOTO

Sürücülük hüququ olmayan avtoxuliqan həbs edildi - FOTO

Tarix: 22 Mart 2024 09:16

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə "VAZ-2106" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verilib. Buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində həmin sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Milli.Az


Etiketlər:  Sürücülük hüququ olmayan avtoxuliqan həbs edildi FOTO


RƏYLƏR