Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin qazancı bəlli oldu

Azərbaycan millisinin qazancı bəlli oldu

Tarix: 23 Mart 2024 09:42

Azərbaycan millisinin Monqolustanla qarşılaşmadakı qazancı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Arif Əsədovun yetirmələri 1:0 hesablı qələbə ilə FİFA reytinqinə 2,5 xal əlavə edib.

Azərbaycan millisi açıqlanan son cədvəldə 1174,22 xalla 113-cü pillədə yer alıb. "FİFA Series"dəki ilk qələbə ilə bu rəqəm 1176,72-yə yüksəlib.

Yığmamız Bolqarıstanla matçda aktivini daha da zənginləşdirə bilər. Həmin oyunda qələbə 6,1, heç-heçə 1,1 xal gətirəcək.

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı martın 25-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin qazancı bəlli oldu


RƏYLƏR