Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlılar saxlanıldı - VİDEO - FOTO

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlılar saxlanıldı - VİDEO - FOTO

Tarix: 23 Mart 2024 17:10

17:07

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Milli.Az xarici mediaya istinadla bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kriminal aləmdə "avara" statusuna malik olan Əsgərov Qırğızıstana dövlətinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd cəhdi təşkil etmək məqsədi ilə ölkəyə gəlib.

Əməliyyat tədbirləri martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

----------

15:09


Qırğızıstanda azərbaycanlı kriminal avtoritetlər saxlanılıb

Milli.Az xəbər verir ki, Bişkekdə ölkə rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az


Etiketlər:  Qırğızıstan rəhbərinə sui qəsd hazırlayan azərbaycanlılar saxlanıldı VİDEO FOTO


RƏYLƏR