Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İran, Çin və Rusiya arasında müttəfiqlik narahatlıq doğurur”

“İran, Çin və Rusiya arasında müttəfiqlik narahatlıq doğurur”

Tarix: 23 Mart 2024 18:20

Dünən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) baş komandanı Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edərkən deyib ki, Tehran husilərə silah tədarük edir və buna görə cavab verməlidir. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, İranın Çin və Rusiya ilə müttəfiqliyinin dünya üçün təhlükəli olduğunu bildirib. 

Qeyd olunub ki, görüşdə Maykl Kurilla ABŞ hökumətindən və beynəlxalq təşkilatlardan İranın öz proksi qruplarına silah verməsinin qarşısını almaq üçün daha çox iş görmələrini istəyib. 

Bununla yanaşı o, BMT-dən gəmi təftiş mexanizmini işə salaraq təxribat qruplarına silah qaçaqmalçılığının qarşısını almasını da istəyib.

Milli.Az


Etiketlər:  İran Çin Rusiya arasında müttəfiqlik narahatlıq doğurur


RƏYLƏR