Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Sudanda yanğın nəticəsində 30 nəfər həlak olub

Cənubi Sudanda yanğın nəticəsində 30 nəfər həlak olub

Tarix: 7 May 2019 02:24

Bakı. Trend:

Cənubi Sudanın Lol əyalətinin yaşayış sahəsindəki yanğın nəticəsində ən az 31 nəfər öldü, 60-dan çox adam yaralanıb.

Trend-in məlumatına görə, yanğına məruz qalanlar arasında az yaşlılar da var.

Məlumata əsasən, yanğın mayın 5-i axşam Korok bölgəsindəki bir kənddə baş verib.

İsti hava və güclü külək olması səbəbindən alov tez bir zamanda bir evdən digərinə yayıldı, nəticədə dörd kənd tamamilə yandı. 138 ailə evsiz qaldı və açıq göy altında yatmağa məcbur oldu.

Yanğını yalnız mayın 6-sı söndürməyə mümkün olub. Yanğının səbəbləri hələ müəyyən edilməyib.


Etiketlər:  Cənubi Sudanda yanğın nəticəsində 30 nəfər həlak olub


RƏYLƏR