Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elçin Əzizov həmin hadisəyə görə konsertini təxirə saldı

Elçin Əzizov həmin hadisəyə görə konsertini təxirə saldı

Tarix: 26 Mart 2024 22:40

Xalq artisti Elçin Əzizovun Sankt-Peterburqda planlaşdırılan konserti təxirə düşüb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda opera ifaçısı özü məlumat yayıb.

O bildirib ki, martın 27-də nəzərdə tutulan tədbir baş tutmayacaq. 

"Crocus city hall"da baş verən dəhşətli hadisədən sonra "Mahnıma inan" adlı konsertimi təxirə saldıq. Bu, əyləncə, zarafat dolu bir gecə idi. Faciədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, zərər çəkənlərin tezliklə sağalmasını diləyirəm. Yaxın günlərdə konsertin hansı gündə olacağı tarixi açıqlayacağıq. 27 mart üçün alınan biletlər keçərlidir" deyə, E.Əzizov açıqlamasında bildirib.

Milli.Az


Etiketlər:  Elçin Əzizov həmin hadisəyə görə konsertini təxirə saldı


RƏYLƏR