Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni alacaqlar

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni alacaqlar

Tarix: 27 Mart 2024 13:34

Gürcüstan millisinin futbolçuları "Şərəf" ordeni ilə təltif olunacaqlar. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Kobaxidze feysbuk hesabında paylaşım edib. 

Nazir bildirib ki, komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün ordeni alacaqlar: "Mən 30 ildir ki, bu günü gözləyirdim. Böyük xoşbəxtlikdir. Qəhrəmanları qiymətləndirmək lazımdır". 

Qeyd edək ki, AÇ-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. 

Milli.Az


Etiketlər:  Gürcüstan millisinin futbolçuları Şərəf ordeni alacaqlar


RƏYLƏR