Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ – VİDEO

Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ – VİDEO

Tarix: 27 Mart 2024 16:05

Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərliyə efirdə gözlənilməz sürpriz olunub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 45 yaşını "Qonaqcanlı" verilişində qeyd edən sənətçini təbrik etmək üçün onun övladlığa götürdüyü oğlu Jerar studiyaya gəlib. 

Jerarın gəlişindən bixəbər olan Roza onu qucaqlayaraq kövrəlib. Oğlundan gül dəstəsi alan Zərgərli "Bəs mənə deyirdin ki, ayağın əzilib?" deyə Jerara sual verib.

O isə cavabında "Artıq yaxşıyam. Rozanın arzuya ehtiyacı yoxdur. Sadəcə ona təşəkkür edirəm. Ona doğum günündə arzu edirəm ki, nəvələrini görsün. Bu ona bəs edər. Başqa heç nə istəmirəm" deyə fikirlərini dilə gətirib. 

Qeyd edək ki, Jerar aktyor Corc Qafarovun qardaşıdır. Qardaşları illər əvvəl Roza övladlığa götürüb. Müğənninin ilk evliliyindən isə Bənövşə adlı bir qızı var. 

Milli.Az


Etiketlər:  Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ VİDEO


RƏYLƏR