Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Georgi Papunaşvili: “Bu, Gürcüstan futbolu üçün əla olacaq”

Georgi Papunaşvili: “Bu, Gürcüstan futbolu üçün əla olacaq”

Tarix: 27 Mart 2024 20:46

"Çox xoşbəxtəm".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu"Kəpəz"in gürcüstanlı futbolçusu Georgi Papunaşvili deyib.

O, Gürcüstan millisinin tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanmasına münasibət bildirib.

29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Yunanıstana qalib gəlməklə ilki rəsmiləşdirən həmyerliləri möhtəşəm oynayıb: "Ümid edirəm ki, bu, Gürcüstan futbolu üçün əla olacaq. Biz buna layiqik. Düzünü desəm, heç vaxt heyətdə olmamışam, amma kənardan baxanda zəhmət, fədakarlıq, əzm görürəm".

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Milli.Az


Etiketlər:  Georgi Papunaşvili Bu Gürcüstan futbolu üçün əla olacaq


RƏYLƏR