Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gəlinimə səsimi də ucalda bilərəm"

Tarix: 27 Mart 2024 20:50

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona deyirdim ki, filan şeyi belə etmək lazımdır və sairə... Beləcə, onu başa salırdım".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" proqramında deyib. İfaçı gəlini ilə münasibətindən danışıb:

"Gəlinim məni çox gözəl anlayır. İnsanın içində bir ifritə, bir də mələk tərəfi olur. O mənim mələk tərəfimi tapıb. Hamı deyirdi ki, Xatun gəlinlə necə yola gedəcək? Bilmirdim niyə belə deyirdilər... Şər atırdılar mənə... Mən belə insanam? Gəlinim iki qardaşın bir bacısıdır. O oğlum Adillə Bakı Dövlət Universitetində bir oxuyublar. Yəni o qız valideyinlərinin gül balasıdır. Bir anlıq fikirləşdim ki, gəlinim mənim uşağımdır. Yəni mənim qızımdır. Necə öz qızımla davranmalı idimsə, onunla da belə davranmalıyam. O da öz yerini bilir. Arada elə şeylər olur ki, mən evdə səsimi də ucalda bilərəm. Amma bu, normaldır. Bura da nə var ki?".

Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. Onların bir övladı var. 

Milli.Az


Etiketlər:  Gəlinimə səsimi ucalda bilərəm


RƏYLƏR