Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi

Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi

Tarix: 28 Mart 2024 13:35

Müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşımı ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarının yaxın günlərdə konsert verəcəyini yazaraq, onun ünvanına təriflər yağdırıb. Elnarə Röyaya uğurlar arzulayaraq, dəstək olub. 

Qeyd edək ki, "W-trio" qrupunun keçmiş solistləri uzun müddət qalmaqal yaşayıb. Son günlər isə E.Xəlilova Röya ilə bağlı qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Röya isə onun ünvanına "İnstaqramını mənə həsr edib" sözlərini söyləmişdi.

Milli.Az


Etiketlər:  Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi


RƏYLƏR