Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO)

Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO)

Tarix: 17 Dekabr 2019 18:32

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

Ətraflı məlumat üçün - http://smb.gov.az/news/ozunumsgulluqla-bagli-suallar-cavablandirilacaq

Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO) Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO) Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO) Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO) Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO) Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq (FOTO)


Etiketlər:  Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq FOTO


RƏYLƏR