Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zülfiyyə Bayramova xəstəliyindən danışdı:"Problem yarada bilər"

Zülfiyyə Bayramova xəstəliyindən danışdı:

Tarix: 24 Aprel 2024 18:45

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə gələn Z.Bayramova əməliyyatından bəhs edib. 

"Yoxlanışda mədəmdə polip aşkarlandı. Polip qorxulu deyil, amma onkoloji xəstələrə gələcəkdə problem yarada bilər. Ona görə də saxladılar xəstəxanada. Əməliyyat olundum və hazırda əkilməyə verilib" deyə, o, əlavə edib. 

Qeyd edək ki, Z.Bayramova xərçəngdən əziyyət çəkir. O, mədəsindən əməliyyat olunub. 

Milli.Az


Etiketlər:  Zülfiyyə Bayramova xəstəliyindən danışdıProblem yarada bilər


RƏYLƏR