Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gəlir bizim restorana yeyir, sonra da sazını qoyub gedir"

Tarix: 29 Mart 2024 16:15

"Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Xəzər axşamı" verilişində deyib. O, aşıqlarla bağlı sualları cavablandırıb. 

Sənətçi sahibi olduğu restorandan danışarkən "Yeganə restorandı ki, hamı bir-birini tanıyır. Gələn adam elə bilir ki, evimdədir" deyə, söyləyib.

Aşıq "Kiminlə yola çıxmazsan: Manaf Ağayev, Yusif Mustafayev və Tacir Şahmalıoğlu" sualına "Tacirlə bir yola çıxmaram. Manaf və Yusiflə yol çıxmışıq" cavabını verib. 

Milli.Az


Etiketlər:  Gəlir bizim restorana yeyir sonra da sazını qoyub gedir


RƏYLƏR