Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa “Qarabağ”ı gözləyir: Səbət də bəllidir

Avropa “Qarabağ”ı gözləyir: Səbət də bəllidir

Tarix: 29 Mart 2024 17:32

Azərbaycan çempionluğu bu gün rəsmiləşəcəyi gözlənilən "Qarabağ"ın avrokubokların püşkatmasında yer alacağı səbət dəqiqləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələri ilk iki təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasında olacaq.

Buna Ağdam klubunun UEFA əmsalının yüksək olması imkan verir. Təmsilçimizin göstəricisi 33,000-a bərabərdir.

Çempionlar yolunun I və II təsnifat mərhələlərində oynamaq şansı olan komandalardan yalnız altısı "Qarabağ"dan daha artıq əmsala malikdir. Bu da təmsilçimizə hər iki raundda güclülər səbətində yer almaq imkanı verir.

Qurbanovun komandasının III təsnifat mərhələsində səpələnən 6 klub sırasında yer almaq üçün potensial "altılıq"dan heç olmasa biri ya çempion olmamalı, ya da ilk iki mərhələdə büdrəməlidir. Azərbaycan çempionunun pley-offdakı səbəti isə bütün liqalarda qaliblərin bəlli olması və əvvəlki mərhələlərin nəticələrindən asılıdır.

Yeri gəlmişkən, ilk iki təsnifat mərhələsinin püşkatma mərasimləri iyunun 18-19-da keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XXVIII turunun bu gün keçiriləcək "Kəpəz"lə oyununda uduzmasa, ən erkən çempion kimi tarixə düşməklə 11-ci dəfə qızıl medallara yiyələnəcək.

Milli.Az


Etiketlər:  Avropa Qarabağı gözləyir Səbət bəllidir


RƏYLƏR