Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə seçkilərə rəng qatanlar: Kral, astronavt... - FOTO

Türkiyədə seçkilərə rəng qatanlar: Kral, astronavt... - FOTO

Tarix: 31 Mart 2024 15:50

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində bir sıra maraqlı görüntülər ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seçkilərə qatılan bəzi vətəndaşlar öz libasları ilə gündəm olublar.

Kral geyimində gəzdiyi üçün "Adananın kralı" kimi tanınan 69 yaşlı Hüseyn Şən səsverməyə də həmin formada gəlib:

"Geyimlərim narıncı-ağdır. Bu rənglər Adananın simvoludur. Bu gün səs verirəm. Belə gəldim. Mənimlə foto və video çəkdirənlər çox sevinir. Onlar sevinəndə mən də sevinirəm".

Daha bir sakin məşhur Adana kostyumu və təsbehi ilə seçki məntəqəsinə gəlib:

"Bu gün seçki günüdür. Dəyişiklik etmək istədim. Beləcə səs verməyə gəldim. Mənim təsbehim çox diqqət çəkir. Təsbeh mütləqdir. Evdən çıxanda vəsiqəmi unuduram, amma təsbehi unutmuram".

Muay Thai  üzrə türk milli idmançısı Muhammet Bişgin Düzcedə səs verəcəyi məktəbə öz hazırladığı astronavt kostyumu ilə gəlib.

Milli.Az


Etiketlər:  Türkiyədə seçkilərə rəng qatanlar Kral astronavt FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ