Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bələdiyyə seçkiləri sona çatdı

Türkiyədə bələdiyyə seçkiləri sona çatdı

Tarix: 31 Mart 2024 18:30

Türkiyədə yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə bitib.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası (YSK) bildirib.

Məlumata əsasən, səsvermə bugün Türkiyə saatı ilə səhər 08:00-da başlayıb.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın namizədliyi irəli sürülüb.


Etiketlər:  Türkiyədə bələdiyyə seçkiləri sona çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ