Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DƏHŞƏTLİ OLAY: Onunla evlənmək istəyən SEVGİLİSİNİ BOĞUB ÖLDÜRDÜ

DƏHŞƏTLİ OLAY: Onunla evlənmək istəyən SEVGİLİSİNİ BOĞUB ÖLDÜRDÜ

Tarix: 1 Aprel 2024 07:08

Hindistanlı kişi 22 yaşlı sevgilisini evlənmək istəməkdə israrlı olduğu üçün öldürüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of India" yazır.

Qızın meyiti martın 15-də Maharaştra ştatının Palqar rayonunda kirayədə qaldığı mənzildə tapılıb. Qonşuların çürümə iyindən şikayət etməsindən sonra polis gəlib. Əvvəlcə polis qəza versiyasını nəzərdən keçirsə də, patoloqlar qızın boğularaq öldürüldüyünü müəyyən ediblər.

Təqsirləndirilən şəxs martın 22-də doğulduğu Qərbi Benqaldan həbs edilib. O, saxta adla gizlənməyə çalışıb.

O, günahını boynuna alıb, qızın onunla zorla evlənməkdə çox israrlı olduğunu, lakin özünün evlənmək istəmədiyini bildirib.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az


Etiketlər:  DƏHŞƏTLİ OLAY Onunla evlənmək istəyən SEVGİLİSİNİ BOĞUB ÖLDÜRDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ