Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toral Bayramov: “Yenə də hər matça qələbə üçün çıxacağıq”

Toral Bayramov: “Yenə də hər matça qələbə üçün çıxacağıq”

Tarix: 1 Aprel 2024 10:00

"Mövsümdə qarşımıza yalnız çempionluq məqsədi qoymuşduq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

O, komandasının 11-ci dəfə Azərbaycan çempionu olmasını şərh edib. Bayramovun sözlərinə görə, bu il ağır təqvimdə oynayıblar: "Avropa Liqası, Azərbaycan kuboku və Premyer Liqada mübarizə apardıq. Ancaq bunlara baxmayaraq, sevindirici haldır ki, ölkə çempionatının bitməsinə 8 tur qalmış çempionluğu təmin etdik. Çox çətin mövsüm oldu. Qarşıdakı oyunlara diqqətlə və məsuliyyətlə yanaşmalıyıq. Hər şey bəlli olsa da, bundan sonra da hər matça qələbə üçün çıxacağıq".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə (6:1) qalib gəlməklə, çempionluğunu erkən rəsmiləşdirib.

Milli.Az


Etiketlər:  Toral Bayramov Yenə hər matça qələbə üçün çıxacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ