Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 17:56
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.
Qol.az-ın məlumatına görə, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qazaxların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə uduzub.
19 noyabr
16:00. Azərbaycan - Qazaxıstan - 0:2
Qollar: Dias Kuşkumbayev, 3, Rahimcanov, 85
Baş hakim: Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu.