Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2024 21:08
1995-ci ildə Çində doğulan və 2000-ci ilin yayından Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda 28 yaşında ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı bambuk ayısında ürək xəstəliyi aşkar edilib. Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ilinə bərabərdir. Tan-Tan 23,5 ilini Kobe zooparkında keçirib.
Əvvəlcə pandanın 2020-ci ildə - Yaponiya zooparkında qalması ilə bağlı icarə müddəti bitdikdən sonra Çinə qayıdacağı güman edilirdi, lakin koronavirus pandemiyası və Yaponiya ilə Çin arasında birbaşa uçuşların ləğvi səbəbindən geri dönüş təxirə salınmalı olmuşdu.