Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rövşən Nəcəf: ”Millimizin FİFA-dakı mövqeyi heç birimizi qane etmir”

Rövşən Nəcəf: ”Millimizin FİFA-dakı mövqeyi heç birimizi qane etmir”

Tarix: 2 Aprel 2024 11:58

"Azərbaycan idman ölkəsidir. Azərbaycanın keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə qazandığı uğurlar buna dəlalət edir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəfov deyib.

Qurumun rəhbəri bildirib ki, futbol sahəsində daha yüksəklərdə qərarlaşmaq üçün böyük imkanlar var: "Bunun üçün çiyin-çiyinə çalışmalıyıq. Hər kəs əl-ələ verib Azərbaycan futbolunu daha yaxşı səviyyəyə çatması üçün çalışmalıdır. Hədəflərimizi müəyyənləşdirməliyik. Bunun hazırlanması üçün ölçülə bilən göstəricilərlə çalışmalıyıq. Uşaq futbolunun inkişafına, gənc istedadların formalaşmasına kömək etməliyik. Həmçinin, azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlığına nail olmalıyıq. Bu istiqamətdə də birlikdə çalışacağıq. Qadın futbolunun inkişafı üçün də, uğurlu çıxışların davamlı olması üçün işlər görəcəyik. Ölkəmizdə futbola maraq böyükdür. Bu marağı biz azarkeşlərin sayında da görmək istərdik. Bütün bunlar bir günün işi deyil, zaman, zəhmət və səbrin nəticəsidir. Kişilərdən ibarət yığmanın FİFA-dakı mövqeyi heç birimizi qane etmir".

Milli.Az


Etiketlər:  Rövşən Nəcəf Millimizin FİFA dakı mövqeyi heç birimizi qane etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ