Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 12:44
Ukraynanın Rusiya ərazisinə zərbə endirdiyi PUA-larda süni intellektdən istifadə edilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNN Ukraynanın PUA proqramı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
"Dəqiqlik süni intellektin (Aİ) istifadəsi ilə təmin edilir. Hər bir PUA-da peyk və ərazi məlumatları olan bir prosessor var", - məlumatda qeyd olunub.
Məlumatda bu texnologiyanın Ukraynaya kim tərəfindən verildiyi bildirilməyib.
Qeyd edək ki, Ukrayna PUA-sı bu gün Tatarıstanda "Şahid" PUA-larının zavodunu vurub. Bu, Ukraynanın Rusiyanın 1200 km dərinliyinə ilk hücumudur.