Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən bahalı futbolçuların qiymət siyahısı yeniləndi

Ən bahalı futbolçuların qiymət siyahısı yeniləndi

Tarix: 4 Aprel 2024 02:28

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlanıb.

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, məşhur "Transfermarkt" portalı yeni suyahıya 114 futbolçunun adını daxil edib. Futbolçuların bu siyahıya düşməsi üçün ən azı 50 milyon avro bazar dəyəri olmalıdır. 

Siyahıdakı futbolçulardan 57-si İngiltərə Premyer Liqasında, onlardan 11-i isə "Mançester Siti"də çıxış edir. Qalanları İspaniya La Liqası (19 oyunçu), Bundesliqa (14), İtaliya A Seriyası (12) və Fransa Birinci Liqasında(10) forma geyinir. Portuqaliya Liqası  və Braziliyanın  A Seriyasından isə hərəsindən bir oyunçu var. Bu oyunçular "Sportinq"dən  Viktor Qyökeres və  "Palmeyras"da çıxış edən, ancaq "Real"a məxsus olan Endrikdir. Endrik siyahıda Avropada oynamayan yeganə futbolçudur. 

Reytinqdə ilk "üçlük"də "Mançester Siti"dən Erlinq Haland, "Real"dan Cud Bellinqem və PSJ-dən Kilyan Mbappe yer alır. Hər üç futbolçu 180 milyon avro olaraq dəyərləndirilib. Dördüncü pillədə isə "Real"ın digər aparıcı futbolçusu Vinisius Junior dayanıb. Braziliyalının qiyməti 150 milyon avrodur. 

Top-100-ün ən gənc oyunçusu "Barselona" dan 16 yaşlı  Lamin Yamaldır (75 milyon avro). İkinci ən gənc oyunçu isə Endrikdir (55 milyon avro). Siyahıdakı ən "qoca" futbolçu 32 yaşlı Kevin De Brüynedir (60 milyon avro).

Bazar dəyərinə görə ən bahalı futbolçuların siyahısında ilk "onluq" aşağıdakı kimidir.

Cud Bellinqem ("Real", İspaniya) - 180 milyon avro
Erlinq Haland ("Mançester Siti", İngiltərə) - 180 milyon avro
Kilyan Mbappe (PSJ, Fransa) -  180 milyon avro
Vinisius Junior ("Real", İspaniya) - 150 milyon avro
Bukayo Saka ("Arsenal", İngiltərə) - 130 milyon avro
Fil Foden ("Mançester Siti", İngiltərə) - 130 milyon avro
Florian Virtz ("Bayer", Almaniya) - 110 milyon avro
Camal Musiala ("Bavariya", Almaniya) - 110 milyon avro
Deklan Rays ("Arsenal", İngiltərə) - 110 milyon avro
Viktor Osmihen ("Napoli") - 110 milyon avro

Milli.Az


Etiketlər:  Ən bahalı futbolçuların qiymət siyahısı yeniləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ