Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 09:04
Rusiya "Şahed" pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinə hücum edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində dörd nəfər həlak olub, on nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun sözlərinə görə, xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Həlak olanlardan 3-ü xilasedicidir.
Xarkov şəhər meri İqor Terexovun verdiyi məlumata görə, kamikadze dronlarının hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib.