Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 07:21
Şirniyyat istəyi stressdən, xrom, dəmir, D vitamini çatışmazlığı və ya rejimsiz qidalanma səbəbindən baş verir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Yekaterina Yanq bildirib.
Onun sözlərinə görə, bəzi ərzaqlar şirniyyat asılılığını aradan qaldırmağa kömək edir.
Yanq bildirib ki, şəkər istəyini azaltmaq üçün daha çox giləmeyvə yemək lazımdır.
Belə ki, zoğal, qarağat, moruq, çiyələk və qaragilə aşağı glisemik indeksə malikdir və hətta dondurulduqdan sonra da özündə çoxlu antioksidant qoruyub saxlayır.
Endokrinoloq hesab edir ki, sarımsaq da şirniyyata olan istəyi azaltmağa kömək edir.