Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 19:16
Türkiyədə martın 31-də keçirilən yerli seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 81 vilayətdən 11-ni qadınlar idarə edəcək.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən yerli seçkilərdə qadın namizədlərin nisbəti 7,89 % olub və həmin tarixdə keçirilən seçkilərin sonunda 81 əyalətdən 4-də qadın bələdiyyə başçıları seçilib. Bazar günü axşam saatlarında bu rəqəm 11-ə yüksəlib.
Yerli seçkilərin nəticələrindən sonra İstanbulun 39 rayonundan 3-də qadın namizədlər qalib gəlib. CHP-dən Neyrocərrah Ayşegül Özdemir Ovalıoğlu Bakırköydə səslərin 67 faizini toplayıb. CHP Bakırköydə əvvəlki seçkilərdə 56 % səs alıb.
Ankaranın yeganə qadın bələdiyyə sədri AK Partiya Akyurt mahalının namizədi Hilal Ayık olub. Ayık həm də proqram mühəndisidir. 30 rayondan 8-də qadınların qalib gəldiyi İzmirdə də vəziyyət eynidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1930-cu ildən başlayaraq türk qadınlarına bələdiyyə seçkilərində iştirak, sonra kənd muxtarı olmaq, məclis üzvlərini seçmək və seçilmək hüququ verən qanunu həyata keçirib. 31 Mart 2024-cü il yerli seçkilərdə qadınlar cümhuriyyət tarixinin rekordunu qıra biliblər.