Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirdi - FOTOlar

22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirdi - FOTOlar

Tarix: 6 Aprel 2024 12:04

Böyük Britaniyada 22 yaşlı Kayleigh (Kayli) Doyl 22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirib. Bununla o, qeyri-adi və eyni zamanda faciəli bir təcrübə yaşayıb. 

Milli.Az sfera.az-a istinadən bildirir ki, doğuşdan sonra qadın neonatal reanimasiya şöbəsində könüllü olmaq qərarına gəlib.

Gənc ana 2020-ci ilin oktyabrında hamilə qalıb. Əvvəlcə heç bir ağırlaşma olmasa da, bir gün gözlənilmədən vaxtından əvvəl sancılar başlayıb.

20 mart 2021-ci ildə bir britaniyalı qadın hamiləliyin 17-ci həftəsində ilk övladı Arlonu dünyaya gətirib. Körpənin çəkisi cəmi 1,1 kq olub və təəssüf ki, sağ qalmayıb. Həkimlərin sözlərinə görə, ölümün səbəbi plasenta (göbək ciyəsi) ilə bağlı problem olub.

"Bu həyatımın ən böyük ağrısı idi" - deyən gənc ana 22 gün sonra (aprelin 25-də) başqa bir xəstəxanada ikinci körpəsi Astronu dünyaya gətirib. Oğlanın çəkisi 2 kq olub. Vaxtından əvvəl doğuş səbəbindən körpədə bir sıra fəsadlar, xüsusən də ürək qüsuru və görmə problemləri olsa da, zamanla körpə sağalıb.

"Astronun hər şeydən sonra sağ qaldığına inana bilmədim. Bir uşağa yas tutarkən digərini böyütmək mənim üçün asan olmadı. Əvvəlcədən aldığım bir çox şeylər, məsələn, qoşa uşaq arabası və ya beşik mənə daim bu faciəni xatırladırdı"- deyə Kayl bildirir. 

Kayli kədərə qalib gəlməyin maraqlı yolunu tapıb. O, indi başqalarına kömək edir. Bir illik təlimdən sonra Kayli neonatal reanimasiya şöbəsində könüllü olub.

Milli.Az


Etiketlər:  22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ