Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 09:12
Rusiyada avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Ural-Muxanovo yolunun Samara vilayətindən keçən hissəsində "Scania" markalı avtobus aşıb.
Hadisə nəticəsində iki nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Nəqliyyat vasitəsində 66 nəfər olub.
Avtobus Qazaxıstan qeydiyyatında olub və ilkin məlumatlara görə, Nijni Novqorod istiqamətində Özbəkistan vətəndaşlarını aparırmış.