Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boşanması ilə bağlı suala Fatimədən reaksiya :"Heç kimin ailəsini dağıtmamışam" - FOTO

Boşanması ilə bağlı suala Fatimədən reaksiya :

Tarix: 8 Aprel 2024 13:15

Rəqqasə Fatimə Fətəliyeva "Söz baz" verilişində verdiyi açıqlamalarla diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, o, ilk evliliyindən söz açaraq başına gələnləri danışıb:

"Məktəbi bitirməmiş 15 yaşında mənə elçi gəldi, üzük taxdılar. 16 yaşında o üzük qayıtdı. Evdəkilər dedi ki, mümkün olan şey deyil ki, səni o ailəyə verək. Qapını bağlayırdılar, pəncərədən qaçırdım. Bir qardaşım var idi... Zülm verən. Bir ərəb filmi var idi. Atam o kinoya baxandan sonra dedi ki, bir qızımız var, deyin, yenidən elçi gəlsinlər. 3-4 ay sonra yenə üzüyü qaytardılar ki, dəhşətdir. O ailə zülmkar idi. Qapıları, pəncərələri bağlayırdılar ki, o ailəylə mümkün deyil. İşə məni aparıb-gətirirdilər. Oğlanla plan qurduq ki, qaçaq. Çamadanlarımı yığdım və ana olmayanda qaçdım. Necə xoşbəxt idim ki, deyirdim, soğan-çörək yeyərəm səninlə. Bir ay sonra gəlirdim ki, ana, məni bağışla da. Bunu danışıram ki, valideynin sözünə qulaq asın. Onların xeyir-duasını alın. Qayınanam yaxşı olsaydı, bu ailə davam edərdi. İndi də eşidirəm ki, o, gəlinlərinə zülm verir.  Evi ayrıdır. İki oğlunun da evinin açarı özündədir. Nə vaxt istəsə, girir-çıxır. Mənim yerimdə olan gəlin var. Ondan gizlədirlər məni. Guya heç olmamışam. O boyda qızı var, babadır. Amma danır. Bu dünyada qaçdınız, o dünyada necə cavab verəcəksiniz? Ay Məsmə xanım, məni dandınız, nəvənizi görmədiniz. Heç bir qız övladı istəməz ki, ailəsində problem olsun. Hind kinosu idi. Mikrorayonda müsahibə alın, bizim hekayəmizi danışacaqlar. Düşünməsinlər ki, məni boşaylıblar. Özüm qaçdım, dedim  sizinlə ola bilmərəm. Su nədir ki? O sunu mənə qıymırdılar. Anamla atamın ayaqlarının altına düşdüm ki, məni bağışlayın, orada qala bilmirəm. Özləri də vəziyyətimi görürdü. Elə bir həddə çatdıq ki, anamla atam bizim üçün kirayə ev tutdular. Orada da imkan vermədi. Mən evimə qayıtdım, həyat yoldaşım İstanbula, Antalyaya getdi. O film bitib. Mənə deyirlər ki, Allah sizin üzünüzə baxıb, o ailədən uzaq olmusunuz. Yoxsa çoxdan ölərdiniz. Deyirlər ki, o biri gəlinlərinə qan uddurur".

Fətəliyeva ikinci ailəsindən və ayrılıq xəbərlərindən də söz açıb:

"İkinci ailəm də böyük problemlərlə quruldu. Xəyalla, onun işi ilə bağlı həmişə demişəm ki, belə xəbərlər verməyin. Bir dəfə uşağı məktəbə aparırdıq. Bir də gördük ki, elə bil Ancelina Coli ilə Bred Pittlə gəliblər. Hər yerdə şəkillərimiz yayıldı. Evdə qırğın oldu. Mənim oğlumun atası çox gözəl insandır. Həmişə deyirəm ki, Allah mənim canımı alsın, onun ömrünü uzatsın. Nə yaxşı ki, belə bir kişidən oğlumu dünyaya gətirdim. Mən Aydanın atasına o sözləri deyə bilmərəm. Mümkün deyil. Hüseyn də xoşbxətdir ki, elə atası var. Aydanın da bu gün atası Aydın olmalıdır. Amma yoxdur. Onun atası da Xəyaldır. Uşaq vaxtından da onu görüb. Ayrılmaq söhbətlərini danışmayaq. Birincisi, bizdə toy olmayıb. Bəzi ağzı göyçəklər yazırlar ki, camaatın ailəsini dağıtmısan. Mən heç kimin ailəsini dağıtmamışam. Hüseynin də bir bacısı var. O da Aydandır".

Milli.Az


Etiketlər:  Boşanması ilə bağlı suala Fatimədən reaksiya Heç kimin ailəsini dağıtmamışam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ