Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 17:22
Fransa məhkəməsi 88 yaşlı fransız aktyoru Alen Delon üçün yeni məhdudiyyətlər tətbiq edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyorun əmlak üzərində qərar vermək hüququnu məhdudlaşdıraraq onu gücləndirilmiş qəyyumluq rejiminə keçirib.
Müvafiq tədbir beş ilədək qüvvədə olacaq və daha sonra uzun müddətə uzadıla bilər. Bu müddət ərzində adı açıqlanmayan qəyyumun Delonun gəlirləri ilə bağlı qərar vermək hüququ var.
Qeyd edək ki, "Voici" jurnalı yanvarda Delonun ailəsində mirasla bağlı münaqişə yarandığını yazmışdı. Belə ki, aktyor mirasının yarısını qızına vəsiyyət edib, digər yarısını isə oğulları arasında bölüb. Nəşr aktyorun böyük sərvətə malik olduğunu vurğulayıb.
Delon 2017-ci ildə karyerasını sonlandırdığını deyib. A.Delon daha əvvəl evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəldiyini açıqlayıb.
2019-cu ilin yayında insult keçirən aktyor karyerası ərzində 90-dan çox filmdə rol alıb.