Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buriç: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir

Buriç: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir

Tarix: 8 Aprel 2024 19:24

Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

O bildirib ki, regionda sülhün alternativi yoxdur.

Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır.

Qeyd edək ki, M.Peyçinoviç-Buriç Ermənistanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.

Milli.Az


Etiketlər:  Buriç Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ